Xəbər lenti

Dörd manatlıq şirkət FHN-nin sifarişi ilə fərdi evlər tikəcək
Ölkə 19:01 02.12.2025

Dörd manatlıq şirkət FHN-nin sifarişi ilə fərdi evlər tikəcək

Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti "Aypara-İnşaat” MMC ilə satınalma müqaviləsi bağlayacaq. 

Qaynarinfo-nun məlumatına görə, şirkət qurumun sifarişi ilə Şamaxı Ağsu və İsmayıllı rayonlarında 4 ədəd fərdi yaşayış evi tikəcək. Buna görə "Aypara-İnşşat” MMC-yə 275 466,57 manat ödəniləcək. Bu halda bir evin tikintisinin 68 866, manata başa gələcəyi aydın olur. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Aypara-İnşaat” MMC 11 APREL 2012-ci ildə qeydiyyata alınacaq.
Nizamnamə kapitalı 4 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 20, mənzil 66-da yerləşir. MMC-nin qanuni təmsilçisi Mikayılov Maarif Aydın oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. 

Seyid  

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->