Xəbər lenti

Dövlət Departamenti Trampın “vitse-prezidentinin” Ukrayna ilə bağlı mövqeyini şərh etdi
Dünya 10:53 17.07.2024

Dövlət Departamenti Trampın “vitse-prezidentinin” Ukrayna ilə bağlı mövqeyini şərh etdi

Dövlət Departamenti Donald Trampın vitse-prezidentliyə seçdiyi namizəd C.D.Vensin Ukrayna ilə bağlı mövqeyini şərh edib.

Qaynarinfo xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.

Millerdən "Dee Vens vitse-prezident olarsa, ABŞ-ın Ukrayna ilə münasibətlərinə təhlükə olacaqmı” deyə soruşulub.

Dövlət Departamentinin nümayəndəsi cavab verib ki, Ukrayna təkcə ABŞ administrasiyası deyil, həm də Amerika xalqı tərəfindən dəstəklənir.

"Xalq Ukraynaya Rusiyanın təcavüzündən müdafiəyə kömək etməyə icazə verilməsini qətiyyətlə dəstəkləyir”, - Miller deyib.

O vurğulayıb ki, "bu, təkcə Amerika ictimaiyyətinə deyil, həm də Konqresin hər iki palatasındakı ikipartiyalı çoxluğa aiddir”.

Miller həmçinin qeyd edib ki, Konqresdə əlavə maliyyələşdirmə qanun layihəsinə səsvermə zamanı "hərbi yardıma dəstək üçün böyük səs çoxluğu gördük”.

Bazar ertəsi Tramp Ohayo ştatından senator C.D.Vensi özünə namizəd seçib. Vens Ukraynaya yardımın fəal tənqidçisidir və Kiyevə neytral status elan etməyi, Rusiya ilə danışıqlar aparmağı və ərazi güzəştlərinə hazır olmağı təklif edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->