Xəbər lenti

Doktor Myasnikov sağlamlıq üçün ən zərərli vərdişdən danışdı
Dünya08:17 26.12.2020

Doktor Myasnikov sağlamlıq üçün ən zərərli vərdişdən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Doktor və teleaparıcı Aleksandr Myasnikov "Rusiya 1" telekanalının efirində sağlamlığımıza ən çox zərər verən vərdişdən danışıb.
Qaynarinfo xəbər verir ki, onun fikrincə, "sağlamlıq, ruh və bədən üçün" ən zərərli vərdiş evdə qalmaqdır. Həkim insanları hər fəsildə çölə çıxmağa çağırıb.
Televiziya aparıcısı qış gəzintilərinə xüsusi diqqət ayırıb.
Myasnikov qeyd edib ki, aktiv gəzinti zamanı və ya xizək sürərkən çox isti geyinməməlisiniz, ikiqat paltar kifayətdir - isti alt paltarı və gödəkçə, şalvar, papaq. Əks təqdirdə, bədən istiləşəcək, tərləmə başlayacaq və çox isti gödəkçəsinin yaxasını, yaxud şərfini açan adamın bədəninin soyuması və xəstələnməsi riski var. 
Mütəxəssis uşaqları da eyni prinsipə uyğun geyindirməyi məsləhət görüb.
Alpər