Dünya şöhrətli dizaynerlər Domeniko Dolçe və Stefano Gabbana 2 il yarım müddətinə azadlıqdan məhrum olacaq
Geyim dizaynerləri vergidən yayınmaqda ittiham edilir. ANS PRESS-in məlumatına görə, Dolçe və Gabbana 1 milyard dollar məbləğində qazancı rəsmi orqanlardan gizlədərək, vergini ödəməyiblər. Milan məhkəməsi həbsdən savayı, modelyerlərdən 10 milyon avro dəyərində kompensasiya da tələb edir. Hökmün yaxın günlərdə çıxarılacağı gözlənilir.
Xatırladaq ki, məşhur D&G brendinin yaradıcıları birinci dəfə deyil ki, vergidən yayınmaqda günahlandırılır. Qaynar.info