Xəbər lenti

Donuz ətini müəyyən edən cihaz - Müsəlmanlar üçün
Dünya17:36 23.10.2014

Donuz ətini müəyyən edən cihaz - Müsəlmanlar üçün

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa şirkəti ərzaqda donuz ətinin olmasını müəyyən edən əl cihazı düzəldib. 
Qaynar.info anspress-ə istinadən xəbər verir ki, bu cihaz müsəlmanlar üçün nəzərdə tutulub. “Capital Biotech” şirkəti bildirir ki, oktyabrın 22-də “HalalTest” adlı cihazı təqdim edəndən sonra 24 saat ərzində 10 min sifariş alıb.
Cihazın ixtiraçılarının dediyinə görə, o, təkcə ərzaqda yox, həm də kosmetikada və ya dərmanda donuz məhsulunun izlərini müəyyən edə bilir.
"Capital Biotech" bildirir ki, test nəticəni 99 faiz dəqiqliklə göstərir. 
“HalalTest” yaxın vaxtlarda internetlə satışda olacaq. Onun qiyməti təxminən 7 avrodur. 
Qaynar.info