İdman 17:00 29.02.2024

Dopinq testi müsbət çıxan Poqbanın cəzası bəlli oldu

"Yuventus"un futbolçusu Pol Poqbaya qarşı sanksiya müəyyənləşib.

Qaynarinfo-nun məlumatına görə, antidopinq prokurorluğu avqustun 20-də  A seriyasında "Yuventus"la "Udineze" arasında keçirilən dueldə verdiyi dopinq testinin müsbət çıxmasına görə dörd illik  cəzaya məruz qalıb. Həmin matçda bir dəqiqə belə meydana çıxmayan və bu mövsüm cəmi iki oyun keçirən 31 yaşlı fransız yarımmüdafiəçi dopinq testinin nəticələrindən sonra meydana çıxmayıb.

Fransız futbolçunun antidopinq qaydalarını pozması ilə bağlı "qeyri-qəsdlilik” konsepsiyasına və alınan məhsulun qadağan olunmuş xüsusiyyətlərini "bilməməsinə” əsaslansa da antidopinq prokurorluğu bunu nəzərə almayıb və sərt sanksiya tətbiq edib.

2018-ci ildə Fransanın heyətində dünya çempionu olan Poqba son on ilin ən böyük istedadlarından sayılırdı. Karyerasının əsas hissəsini "Mançester Yunayted" və "Yuventus"da keçirən Poqba 2016-cı ildə tarixin ən bahalı futbolçusu olmuşdu. "Mançester Yunayted" həmin vaxt onu 105 milyon avroya transfer etmişdi. 

2022-ci ildə Turinə qayıdan Poqba "Yuventus"la 2026-cı ilə qədər müqavilə bağlamışdı. 

Səbuhi Həsənov