Xəbər lenti

Dopinqə görə karyerası dayandırılan tennisçi üsyan etdi
İdman 19:33 26.05.2023

Dopinqə görə karyerası dayandırılan tennisçi üsyan etdi

Son səkkiz ayda iki dəfə dopinqlə ittiham olunan rumıniyalı tennisçi Simona Halep məhkəməsinin növbəti dəfə təxirə salınmasına münasibət bildirib.

Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, bioloji pasportunda pozuntulara görə son səkkiz ayda iki dəfə qadağan olunmuş maddələrdən istifadə və dopinq qəbul etməkdə günahlandırılan rumıniyalı tennisçinin məhkəməsi üçüncü dəfə təxirə salınıb. O isə açıqlamasında qurban verildiyini iddia edib.

"Twitter" hesabından açıqlama verən keçmiş dünya çempionu dopinq testinin müsbət nəticələnməsinə səbəb olan maddənin istifadə etdiyi vitamin əlavəsindən qaynaqlandığını və bunu dekabr ayında ekspert rəyi ilə İTİA-ya bildirdiyini deyib.

31 yaşlı tennisçi haqqı olsa da məhkəmə tələb etmədiyini, səkkiz aydır ittiham səbəbindən heç bir yarışa qatıla bilmədiyini və bunun reytinqinin aşağı düşdüyünü, həmçinin peşəkar oyunçu kimi reputasiyasına xələl gəldiyini, üstəlik psixoloji problemlər yaşadığını deyib.

Fransa Açıq və Uimbldon çempionu olan Hələbin karyerası oktyabr ayında qadağan olunmuş "roxadustat" maddəsini istifadə etdiyinə görə dayandırılmışdı. ITIA keçən həftə tennisçinin bioloji pasportunda pozuntulara görə ikinci dəfə dopinqlə ittiham edildiyini açıqlamışdı.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->