Amerikalı qadın rəfiqəsinin toyunda iştirak etmək üçün 4000 km yol qət edib, lakin başqasının toyuna qatılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat
yayıb.
Vaşinqtondan Arti Malanın dediyinə görə, o, Qlazqoya dostunun toyuna uçub. Lakin qadın mərasimdə bəylə gəlini görəndə səhv yerdə olduğunu anlayıb. Bu vaxt onun rəfiqəsi ordan iki kilometr aralıda toy edirmiş.
Arti başa düşüb ki, taksi çağırarkən ünvanı səhv göstərdiyi üçün başqasının toyunda olub. Xoşbəxtlikdən, dostunun toyu olan yer cəmi altı dəqiqəlik məsafədə olub və tez bir zamanda problemi həll edib.
Aydın