Xəbər lenti

Dörd ildir ölü bilinən futbolçu sağ imiş (FOTO)
İdman04:48 05.05.2020

Dörd ildir ölü bilinən futbolçu sağ imiş (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Almaniyanın "Şalke" klubunun 2016-cı ildə ölmüş sayılan sabiq futbolçusu Xiannik Kamba əslində sağdır.

"Bild"in verdiyi məlumata görə, Kambanın 4 il əvvəl Konqoda avtomobil qəzasında dünyasını dəyişdiyinə dair xəbər yalan çıxıb.

33 yaşlı keçmiş müdafiəçi hazırda Rur regionunda ailəsi ilə birgə yaşayır. Prokurorluq futbolçunun keçmiş həyat yoldaşına qarşı işi araşdırır. Onun Kambanın ölümünü saxtalaşdırdıqdan sonra altırəqəmli məbləğdə sığortapulu aldığı bildirilir. Bu qadın sığorta agentliyinə ərinin öldüyünü təsdiqləyən sənədlər təqdim edib. Həmin sənədlərin saxta olduğu ehtimalı var.

Qeyd edək ki, Xiannik Kamba "Şalke"nin yetirməsi sayılır. O, Gelzenkirxen klubunun gənclərdən ibarət komandasında forma geyinib. Hazırda Kamba energetika şirkətində çalışır.

Report.az