Xəbər lenti

Dörd saata 6 milyard dollar qazanan adam
Dünya13:03 30.04.2016

Dörd saata 6 milyard dollar qazanan adam

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ internet riteyleri "Amazon"un yaradıcısı Ceff Bezosun sərvəti şirkətin rekord rüblük gəlirləri açıqlandıqdan 4 saat sonra 6 milyard dollar artaraq 60 milyard dollara çatıb.
Qaynarinfo.az lent.az-a istinadən xəbər verir ki, "Bloomberg Billionare" agentliyinin versiyasına əsasən, C.Bezos Meksikalı telekommunikasiya maqnatı Karlos Slimi geridə qoyaraq dünyanın ən zəngin adamları siyahısında 4-cü sıraya yüksəlib.
Qeyd edək ki, "Amazon" öz tarixi boyunca rekord rüblük gəlir əldə edib. 2016-cı ilin ilk 3 ayı ərzində "Amazon"un xalis mənfəəti 513 milyon dollar olub.
Şirkətin gəliri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 28% artaraq 29,1 milyard dollara çatıb.
Qaynarinfo.az