Xəbər lenti

Duma rusların vətənpərvərlik hissini qaldırmaq istəyir - Yeni kompüter oyunu
Dünya10:25 27.07.2023

Duma rusların vətənpərvərlik hissini qaldırmaq istəyir - Yeni kompüter oyunu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Dumasının deputatı Vitali Milonov dron operatorunun gündəlik həyatına həsr olunmuş kompüter stimulyatoru oyununun hazırlanmasını təklif edib. 
Qaynarinfo xəbər verir ki, o, müvafiq müraciəti Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Vasitələri naziri Maksut Şadayevə göndərib.
"Sizdən pilotsuz təyyarə operatorunun gündəlik həyatı haqqında müasir kompüter simulyasiya oyununun hazırlanması ideyasını qiymətləndirmənizi xahiş edirəm. Aydındır ki, gələcəkdə ölkənin bu sənayedə mütəxəssislərə ehtiyacı olacaq və bu peşənin oyun vasitəsilə populyarlaşdırılması Vətənə xidmətin bu forması üçün ən yaxşı reklam olacaq”, - müraciətin mətnində qeyd olunur.
Deputatın sözlərinə görə, kompüter oyunları vətəndaşların tərbiyəsində və təhsilində mühüm rol oynayır. Bundan əlavə, onlar bacarıqlarını inkişaf etdirə və həsr etdikləri mövzuya maraq yarada bilərlər. Buna görə də o, gənc nəsildə vətənpərvərliyin inkişafı üçün kompüter oyunları sferasından istifadə etməyi təklif edir. Eyni zamanda, oyun əsas döyüş vəziyyətləri ilə cəbhə romantizmi, vətənpərvərlik və tarixçilik elementlərinin daxil edilməsi ilə realizm üzərində qurulmalıdır.
İyulun 21-də məlum olub ki, Rusiyada 2023-cü ilin sonuna kimi gənclər üçün "Zarnitsa 2.0” hərbi-vətənpərvərlik oyunu üçün vahid standart olacaq https://www.gazeta.ru/family/news/2023/07/21/20920826.shtml . Oyunun beşinci sinifdən məktəblilərin, orta ixtisas təhsili müəssisələrinin tələbələrinin və ali məktəb tələbələrinin vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsinə çevriləcəyi güman edilir.
Alpər