Xəbər lenti

Dumanın eks-deputatı: "Putin ölməkdən qorxur, ABŞ isə daha onun nüvə silahndan qorxmur"
Dünya11:09 22.04.2022

Dumanın eks-deputatı: "Putin ölməkdən qorxur, ABŞ isə daha onun nüvə silahndan qorxmur"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ və Qərb Rusiyanın nüvə silahlarından "qorxularını itiriblər” və Ukraynaya hər cür kömək etməyə hazırdırlar.
Qaynarinfo xəbər verir ki, bu qənaətlərini Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov və rusiyalı jurnalist Andrey Piontkovski Mark Feyqinlə söhbətdə ifadə ediblər.
"Amerikalılar qərar verdilər. Onlar artıq dəqiq bilirlər ki, Putin müharibəni uduzmaqdansa, ölməkdən daha çox qorxur, - Qudkov deyib. - Əgər o, nüvə silahından istifadə etsə, öləcək və ən çox qorxduğu da budur".
Eyni zamanda o, təəccüblənir ki, niyə Qərbin hazırda Ukrayna səmasını bağlamaq əzmi yoxdur?
"Müharibənin ilk günlərindən Zelenski yalvardı, qışqırdı, az qala diz çökdü: "Uşaqlar, Ukraynanın səmasını bağlayın”... İki ay keçdi, amerikalılar və Qərb dünyası Rusiyanın nüvə silahı qorxusunu itirdi, çünki onlar nəinki xəbərdarlıq etdilər, onlar artıq həqiqətən cavab verməyə hazırdırlar, bunun üçün nələrisə də var. Onda sual...".
Piontkovskinin sözlərinə görə, siyasi qərar artıq verilib, lakin "vaxt və bürokratik əngəllər var”.
Alpər