ABŞ və müttəfiqlərinin ötən gecə Suriyada keçirdiyi əməliyyata sərf olunan məbləğ açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Baş Qərargahı Əsas Hərəkət Dairəsi rəisi, ordu generalı Sergey Rudskoy açıqlama verib.
O bildirib ki, hərbi mütəxəssislərin hesablamasına əsasən, əməliyyatın dəyəri 240 milyon dollar olub.
ABŞ və müttəfiqlərinin hücumu zamanı 103 raket atılıb, onlardan 71-nin Eusiya hərbi hava sistemi tərəfindən zərərsizləşdirilib.
ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Dana Uayt isə bildirib ki, atılan 105 raket nəzərdə tutulan bütün obyektləri vurub.