Xəbər lenti

Dünya Bankı: Müharibənin genişlənməsi qlobal iqtisadi artımı 1,3 faizə endirə bilər
Dünya 16:22 23.07.2026

Dünya Bankı: Müharibənin genişlənməsi qlobal iqtisadi artımı 1,3 faizə endirə bilər

Yaxın Şərqdə hərbi qarşıdurmanın dərinləşməsi dünya iqtisadiyyatının artım tempini kəskin zəiflədə bilər.
 
Qaynarinfo xıbır verir ki, bu barədə Dünya Bankının baş iqtisadçısı İndermit Gill "Reuters" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ və İran arasında münaqişənin daha da genişlənməsi, xüsusilə də döyüşlərin altı ay və ya daha uzun müddət davam etməsi qlobal iqtisadi artımı 2026-cı ildə cəmi 1,3 faizə qədər endirə bilər. Bu göstərici ötən il qeydə alınan 2,9 faizlik artımdan xeyli aşağıdır.

İndermit Gill qeyd edib ki, müharibə nəticəsində neft infrastrukturu və əsas dəniz ticarət marşrutları zərər görərsə, enerji qiymətlərinin daha da bahalaşması qaçılmaz olacaq. Bu isə qlobal inflyasiyanın 4,5 faizə qədər yüksəlməsinə, mərkəzi bankların faiz dərəcələrini artırmasına və dünya iqtisadiyyatında yavaşlamanın dərinləşməsinə səbəb ola bilər.

Baş iqtisadçı bildirib ki, böhran xüsusilə inkişaf etməkdə olan ölkələr üçün daha ağır nəticələr doğura bilər. Yüksək enerji və ərzaq qiymətləri, gübrə və digər vacib məhsulların tədarükündə yaranan problemlər bu ölkələrin maliyyə vəziyyətini daha da çətinləşdirə, hətta bəzi dövlətlərdə borc böhranı riskini artıra bilər.

Bununla yanaşı, Gill hesab edir ki, uzunmüddətli perspektivdə süni intellekt texnologiyalarının geniş tətbiqi inkişaf etməkdə olan ölkələr üçün yeni iqtisadi imkanlar yarada və məhsuldarlığın artmasına töhfə verə bilər. Lakin o vurğulayıb ki, hazırkı geosiyasi risklər qlobal iqtisadiyyat üçün əsas təhlükə olaraq qalır.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->