Xəbər lenti

Dünya Çempionatı: Azərbaycanı təmsil edən boksçu qardaşlar 1/8 finalda
İdman21:40 29.10.2021

Dünya Çempionatı: Azərbaycanı təmsil edən boksçu qardaşlar 1/8 finalda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanı boksçusu Sərxan Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 1/16 final görüşünü keçirib.
Qaynarinfo-nun məlumatına görə, 71 kq çəki dərəcəsində yer alan idmançı şotlandiyalı Stiven Nyuns ilə üz-üzə gəlib. Görüş S.Əliyevin qələbəsi ilə yekunlaşıb - 5:0. İdmançımız 1/8 finala yüksəlib.
Onun qardaşı Tayfur Əliyev də dünya çempionatında 1/16 final görüşünə çıxıb.

60 kq çəki dərəcəsinə təsadüf edən döyüşdə rəqib italiyalı Simone Spada olub. Əliyev 5:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib. 1/8 finalda rəqib Finlandiya təmsilçisi Arslan Xatayev olacaq. O, ilk qarşılaşmasında haitili Çarles Petit-Hommu üstələmişdi.