Soyuq müharibədən sonra enerji bölgələrinə öz nəzarətinə almaq, fayda verə biləcək potensial ölkələrə nəzarət etmək və rəqabət aparan ölkələri qorxutmaq istəyən imperialist ölkələr hərbi bazalar vasitəsilə bir çox bölgəyə yerləşdi. Körfəz müharibəsi Orta Şərqi, Yəmən və Somali böhranları Şərqi Afrikanı, Suriya və Liviyadakı müharibələr Aralıq dənizinin ətrafını cazibədar hala gətiridi.
Qaynarinfo xəbər verir ki, NATO-nun ən böyük ordusuna sahip ABŞ ölkə xaricində ən çox hərbi bazası olan ölkədir.
"Türkiyə” qəzetinin xəbərinə görə, ABŞ-ın Antarktidadan başqa 38 ölkə və 5 qitədə yüzlərlə hərbi bazası var. Bunlardan ən böyüyü İngiltərə, İsrail, Cənubi Koreya, Almaniya və Yaponiyada, ən çox hərbi personalı isə Əfqanıstandadır.
İngiltərə öz qoşunlarını Avropada, Rusiya Orta Asiyada, Yaponiya və Fransa isə əsasən Afrika ölkələrində yerləşdirib. Xüsusilə Yəmən vətəndaş müharibəsi və Somalidəki dəniz quldurlarını bəhanə edən Qərb oradakı neft tranzit yollarına nəzarət etmək üçün Cibutiyə üz tutdub. Fransa, ABŞ, İtaliya, Yaponiya və nəhayət Çinin hərbi baza qurduğu Cibuti Səudiyyə və BƏƏ tərəfindən də hədəf alınır.
Şərqi Aralıq dənizindəki enerji yataqları böhranı, vətəndaş müharibəsinin getdiyi Suriya və problemli qonşusu İsrail Yaxın Şərqdə böhranların və Qərb ölkələrinin müdaxiləsi üçün ən vacib səbəbdir.
ABŞ, Fransa və Rusiyanın baza qurmaq üzrə yarışdığı Suriyada Türkiyənin də bazaları var.
Ümumilikdə isə Türkiyənin 6 ölkədə bazası, 10 ölkədə isə hərbçiləri var.
Alpər