
Rusiya bir planet olsaydı, Aydan bir az kiçik olardı. Ancaq Rusiya dünyanın ən böyük ölkəsidir, o zaman başqa dövlətlər necə də kiçik olardı! Bunu əyani şəkildə görmək istərdinizmi?
Qaynarinfo xəbər verir ki, video blogger MetaBallStudios-un buna aid maraqlı bir işi var!
Əgər siz ölçünün əsas olduğuna əminsinizsə, MetaBallStudios-un videolarını mütləq sevəcəksiniz. Blogger tez-tez müxtəlif obyektlərin miqyasını müqayisə edir və bu dəfə planetlərə çevrilərsə, ölkələrin nə qədər kiçik olacağını göstərib.
İspan 3D animatoru Alvaro YouTube kanalı MetaBallStudios-da Yer kürəsinin bəzi ölkələrini planetlərə çevirdiyi bir video yayımlayıb. Müəllif bu şəkildə fərqli ölkələrin ölçülərinin necə fərqləndiyini aydın şəkildə anlamaq mümkün olduğunu qeyd edib. Təəssüf ki, videoda dünyanın bütün ölkələri təmsil olunmur, amma Alvaro ən böyüklərindən yan keçə bilməyib.
Ölkə-Planetlərin "paradı" Vatikanla başlayır və bu, "nəhəng" Rusiya ilə müqayisədə sadəcə "cırtdan" kimi görünür. Fərq aydındır: 17.100.000 km² və 0.49 km²!
Bir sıra planet-ölkələri seyr etmək təkcə ölçüsü baxımından maraqlı deyil. Fərqli rəngdə və relyefdə olan bu "şar”lar hansı ölkənin daha çox "yaşıl", hansının "daş cəngəllik" olduğunu dərhal anlamağa kömək edir. Həm də videoda planet-ölkələrinin Yerlə və Ayla müqayisədə nə qədər kiçik olduqlarını də açıq şəkildə görmək olar...
Alpər
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/OG6FX4csMpc" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">