
Yaponiya Şimali Koreyanın növbəti ballistik raket sınağı həyata keçirdiyi barədə məlumat yayandan sonra bir çox ölkə bu barədə açıqlama ilə çıxış edib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın baş naziri Şinzo Abe bu barədə açıqlama verib və raketin qitələrarası ballistik raket olduğunu, 1000 km məsafə qət edərək Yaponiyanın iqtisadi məqsədlə istifadə etmədiyi su bölgəsinə düşdüyünü deyib. Abe raket sınağının analiz edildiyini və Yaponiya Milli Təhlükəsizlik Komitəsinin bu barədə görüş keçirəcəyini bildirib.
ABŞ müdafiə nazirliyinin sözçüsü Cef Deyvis isə bu informasiyanı təsdiq edərək ballistik raket sınağı həyata keçirildiyini, Yapon dənizinə eniş etdiyini, Cənubi Koreya və Yaponiyanı Şimali Koreyadan gələcək təhlükəyə qarşı müdafiə etməyə hazır olduqlarını deyib.
Fransa xarici işlər nazirliyi və BMT isə bu addımı qınayıb və Şimali Koreyanı beynəlxalq hüquq qaydalarına uyğun davranmağa çağırıb.
Gülşən
Qaynarinfo.Az