Dünya şöhrətli ABŞ rok qrupu "Lynyrd Skynyrd"in sabiq üzvü Ed Kinq 68 yaşında vəfat edib.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, qrupda 1972-1975-ci illərdə gitaraçı kimi fəaliyyət göstərən En Kinq bir çox hitlərin, həmçinin məşhur "Sweet Home Alabama" mahnısının müəlliflərindən idi. O, 1987-1996-cı illərdə yenidən "Lynyrd Skynyrd"ə geri qayıtmışdı. Musiqiçi həmçinin "Strawberry Alarm Clock" qrupundakı fəaliyyəti ilə də bilinirdi.
Tennesidə vəfat edən gitaraçının ölümünə xərçəng xəstəliyi səbəb olub.