Xəbər lenti

Dünya şöhrətli rusiyalı rejissor Putinə səsləndi: “Yalvarıram, dayanın!..”
Dünya15:01 01.03.2022

Dünya şöhrətli rusiyalı rejissor Putinə səsləndi: “Yalvarıram, dayanın!..”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Malı Dram Teatrının - Avropa Teatrının bədii rəhbəri Lev Dodin Rusiya prezidenti Vladimir Putinə Ukraynada xüsusi təyinatlı hərbçilərin fəaliyyətini dayandırmaq xahişi ilə məktub göndərib. 
Qaynarinfo xəbər verir ki, bu barədə məktubu dərc edən "Theatre” jurnalı məlumat yayıb.
"Yetmiş yeddi yaşım var, həyatımda çox sevdiyim insanı itirmişəm. Bu gün başımızın üzərində sülh göyərçinləri əvəzinə nifrət və ölüm raketləri uçarkən mən bircə söz deyə bilərəm: dayanın!” - Dodin yazır.
Onun sözlərinə görə, "insan orqanizmi cərrahi əməliyyatlarla müalicə olunmur”.
"İstənilən cərrahi müdaxilədən əməliyyat zamanı əməliyyat olunanın qanı axır, əməliyyat edən də sağalmaz sepsisə yoluxur. Əməliyyatı dayandırın. Yaralara jqut bağlayın. Gəlin qeyri-mümkün olanı edək: 21-ci əsri onu yaratdığımız kimi yox, xəyal etdiyimiz kimi edək”, - deyə rejissor Rusiya dövlət başçısına müraciət edib.
"Mən bacardığım tək şeyi edirəm: yalvarıram, dayanın! Dayanın. YALVARIRAM!" – məktubda vurğulanıb.
Alpər