Xəbər lenti

Dünya ulduzları prezidentin nəvəsinin toyunda - FOTOLAR
Dünya07:44 02.09.2013

Dünya ulduzları prezidentin nəvəsinin toyunda - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin nəvəsinin toyu baş tutub.

“Qafqazinfo”nun Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, prezidentin nəvəsi Aysultan Nazarbayevlə Alina Boranbayevanın toy mərasimi avqustun 31-də Almatıdakı “Royal Tulip” otelinin “Grand Ballroom” zalında keçirilib.

Mərasimin birinci hissəsi milli adət-ənənələr üzrə, ikinci hissəsi isə, qazaxıstanlı və xarici estrada müğənnilərinin iştirakı ilə keçirilib. Toyda Nazarbayevlər ailəsinin üzvləri, qohumlar, bəylə-gəlinin dostları iştirak ediblər. Əsas qonaq prezident Nursultan Nazarbayev olub.

Məclisi əsasən, Maksim Qalkin idarə edib. Beyons, Mustafa Sandal kimi ulduzlar da oxuyanlar sırasında olub.

Erməni porno ulduz Kim Kardaşyanın sevgilisi, amerikalı repçi Kanye Uest də Nazarbayevin nəvəsinin  toyunda oxuyub. O, toydan rekord qonorar qazanıb. Belə ki, ona təxminən 3 milyon dollar verilib.

Qaynar.info