Xəbər lenti

Dünya üzrə altı nəfərdən birini çirklənmə öldürür (ARAŞDIRMA)
Dünya12:40 18.05.2022

Dünya üzrə altı nəfərdən birini çirklənmə öldürür (ARAŞDIRMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni araşdırmaya görə, çirklənmə 2019-cü ildə dünya boyu hər 6 nəfərdən birinin ölümünə səbəb olub. 
Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, bu barədə Lancet Komissiyasının yeni araşdırmasında deyilir. 
Lancet Komissiyasının çirklənmə və sağlamlıqla bağlı dərc etdiyi araşdırması aşkarlayıb ki, çirklənmə hər il 9 milyon insanın ölümünə səbəb olur. Onların təxminən dörddə üçünü zərərli hava öldürür. 
Tədqiqata görə, hava çirklənməsi və zəhərli kimyəvi çirklənmə nəticəsində baş verən ölüm halları son iyirmi ildə 66% artıb. Bu cür çirklənməyə isə nəzarətsiz urbanizasiya, əhali artımı və fosil yanacaqlardan asılılıq səbəb olur. 
"Çirklənmənin sağlamlığa təsirləri böyük olaraq qalır və əsasən aşağı və orta gəlirli ölkələr bu yükün ağırlığını daşıyırlar. Böyük sağlamlıq, sosial və iqtisadi təsirlərə baxmayaraq, çirklənmənin qarşısının alınması beynəlxalq inkişaf gündəliyində böyük ölçüdə diqqətdən kənarda qalır”,- araşdırmanın aparıcı müəllifi Riçard Fuller deyir.
Havanın çirklənməsindən sonra 2019-cu ildə 1,36 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olan növbəti ən ölümcül təhlükə su çirklənməsi olub. 
Araşdırmaya görə, ölümlərin 90%-dən çoxu Hindistan və Nigeriya kimi çirklənməni prioritet hesab edə bilməyən aşağı və orta gəlirli ölkələrdə baş verib. Yüksək gəlirli ölkələr isə "çirklənmənin ən pis formalarına" nəzarət edirlər. 
"Aydındır ki, çirklənmə planetar təhlükədir və onun hərəkətvericiləri, yayılması və sağlamlığa təsirləri yerli sərhədləri aşır və qlobal səy tələb edir”,- Sağlamlıq və Çirklənmə üzrə Qlobal Alyansın həmmüəllifi və icraçı direktoru Reyçel Kupka deyir. 
Tədqiqata əsasən, ən pis vəziyyət Hindistanda hökm sürür. 2019-cu ildə havanın çirklənməsi səbəbilə ölkədə 1,6 milyondan çox insan ölüb. Bütün Hindistanda hava çirklənməsi Dünya Səhiyyə Təşkilatının göstərdiyi normadan xeyli çoxdur. Keçən il dünyanın ən çox hava çirklənməsi siyahısındakı 10 şəhərdən altısı Hindistanın şəhərləri olub.
Nurlan Hüseynov