Xəbər lenti

Dünya yenidən qarışır: Xlorla dolu çəlləklər, qırıcılar, bəyanatlar
Dünya19:17 25.08.2018

Dünya yenidən qarışır: Xlorla dolu çəlləklər, qırıcılar, bəyanatlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Silahlılar Suriyada növbəti kimyəvi hücum təxribatı hazırlayır.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib. Hücumun İdlibdə həyata keçiriləcəyi qeyd olunub. Məlumata görə, bu məqsədlə İdlibin Ceys Əş- Şuqur şəhərinə xlorla dolu 8 çəllək gətirilib.
Həmçinin bölgəyə kimyəvi hücum üzrə təlim görən qrupun gəldiyi də deyilir. Döyüçülərin qarşısına kimyəvi zəhərlənmədən sonra əhalinin xilas edilməsini imitasiya etmək tapşırığı qoyulub.
Hesab edilir ki, növbəti kimyəvi hücum ABŞ, Fransa və Böyük Britaniyanın bölgəyə aviazərblərinə zəmin yaratmaq məqsədi daşıyır. Hətta bu məqsədlə Fars körfəzinə bir neçə gün əvvəl ABŞ-ın qanadlı raketlərini daşıyan gəmisinin gəldiyi deyilir. Qətərdəki bazaya qanadlı raketləri daşıyan strateji bombardmançının gətirildiyi iddiası da var. 
Rusiya Müdafiə Nazirliyi bunu ABŞ və müttəfiqlərinin Suriyada növbəti təxribatı kimi dəyərləndiriləcəyini bəyan edib. 
Xatırladaq ki, Suriyaya 3 ölkənin birgə hərbi zərbəsi bu ilin aprelində endirilib.
Obyektlərin vurulmasında iştirak edən Qərb ölkələrinə məxsus qırıcılar ABŞ-ın Qətərin paytaxtı Dohadakı Əl-Udeyd bazasından havaya qalxıb.
"Al-Mayadeen" telekanalı bildirib ki, ABŞ prezidenti Donald Tramp Suriyaya zərbə endirilməsi barədə göstəriş verib və ABŞ, Fransa və Britaniya hərbi qüvvələri Suriyaya qarşı hərbi əməliyyatlar aparıb.
Rusiya Müdafiə Nazirliyinin budəfəki açıqlaması qarşıdurmanın yenidən alovlanacağı barədə düşünməyə əsas yaradır. (Cebhe.info)