Xəbər lenti

Dünyada ən çox izlənilən aviareys: Bunun ciddi səbəbi var
Dünya 14:04 26.07.2026

Dünyada ən çox izlənilən aviareys: Bunun ciddi səbəbi var

"Qantas” aviaşirkətinin "Project Sunrise" proqramı çərçivəsində həyata keçirdiyi "Airbus A350-1000ULR” sınaq reysi hazırda dünyada ən çox izlənilən aviareys hesab olunur.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Supercar Blondie” nəşri məlumat yayıb.

Məlumata görə, reysin məqsədi sərnişinləri London şəhərindən Sidneyə heç bir aralıq eniş etmədən çatdırmaqdır. İyulun 23-də sınaq uçuşu Fransanın Tuluza şəhərindən havaya qalxaraq 19 saat sonra Avstraliyanın Melburn şəhərinə eniş edib.

Uçuş başladığı andan etibarən aviasiya həvəskarlarının böyük marağına səbəb olub. "Flightradar24” platformasında reysi eyni vaxtda 10 mindən çox istifadəçi izləyib.

"Qantas” şirkətinin baş icraçı direktoru Vanessa Hadson bildirib ki, London–Sidney birbaşa reysinin istifadəyə verilməsi gələcəkdə digər uzaqməsafəli marşrutlara da marağı artıracaq. İlk təyyarənin 2027-ci ilin aprelində təhvil verilməsi, qalan 11 təyyarənin isə növbəti iki il yarım ərzində istismara daxil edilməsi planlaşdırılır.

Nəşr xatırladır ki, indiyədək Avropadan Avstraliyaya səyahət edən sərnişinlər Yaxın Şərq və ya Cənub-Şərqi Asiya üzərindən tranzit etməli olurdular. "Airbus A350-1000ULR” isə bu məhdudiyyəti aradan qaldırmağı hədəfləyir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->