Xəbər lenti

Dünyada ipəkdən olan ilk Quran-i Kərim kitabını azərbaycanlı qız hazırladı - FOTO
Dünya09:46 18.11.2016

Dünyada ipəkdən olan ilk Quran-i Kərim kitabını azərbaycanlı qız hazırladı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hazırda Türkiyədə yaşayan həmyerlimiz Tünzalə Məmmədzadə dünyada ilk ipək kitabı hazırlayıb. 

Qafqazinfo  xəbər verir ki, 3 il müddətində hazırlanan Quran-i Kərim kitabında surələr qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb. Ölçüsü 29 x 33 sm –dir. Kitabın hazırlanmasında 50 metr parça 1500 ml boyadan, üz qabığında dəri materialından istifadə olunub.

Rəssam hazırladığı kitabdan danışarkən gördüyü işin çox böyük məsuliyyət tələb etdiyini bildirib:

“Rəssamlıq Akademiyasını bitirmişəm və hazırda Marmara Universitetində sənət tarixi üzrə doktorantura təhsili alıram. Müəllif hüquqları qorunan rəssamlardanam və əvvəllər də ipək üzərində işləmişəm. Bu təklif mənə gələndə əvvəlcə tərəddüd etdim, çünki məsuliyyəti böyük idi. Ancaq 3 il müddətində işlədim və dünyadakı yeganə ipək kitabı hazırladım. Çox şadam ki, bu kitab da Quran-i Kərim oldu”.

Qaynarinfo.Az