Ümumdünya Səhiyyə təşkliatı koronavirusu rəsmən epidemiya kimi qəbul etdikdən sonra dünya dövlətləri bir sıra addımlar atmağa başlayıb.
Qaynarinfo onlardan bəzilərini təqdim edir:
Bolqarıstan hakimiyyəti ölkədə fövqəladə vəziyyət təbiq edilməsini təkilf edib.
Həftənin birinci günündən Fransada bütün bağçalar, məktəblər, universitetlər yeni qərara qədər qapadılacaq.
Amerikalı müğənni Bob Dilanın Yaponiyada konsert turu koronavirusun yayılması təhlükəsi səbəbindən ləğv edilib.
Formula-1 rəhbərliyi Koronavirus təhlükəsi səbəbiylə Melburndakı Avstraliya Qran Prisini təxirə salmağa qərar verib. 15 martda keçiriləcək bu yarış Dünya Kubokunun yeni mövsümünü açmalı idi. Qran Prinin yeni tarixi daha sonra elan ediləcək və biletlər geri qaytarılacaq.
Sinqapur İtaliya, Almaniya, Fransa və İspaniyadan ölkəyə girişi qadağan edib.
Yeni Zelandiya hökuməti koronavirusun yayılması ilə əlaqədar Avropa və ABŞ-dan gələn əcnəbilərin ölkəsinə girişini məhdudlaşdırmağa hazırlaşır.
ABŞ və Fransada Disneyləndin parkları bağlanıb.
Argentina ABŞ və Avropadan təyyarə reyslərinə 30 günlük qadağa qoyub.
Meksika Milli Muxtar Universitetinin mətbuat xidməti yeni koronavirus COVID-2019-un yayılma riski səbəbiylə 23 martda keçiriləcək seminar, simpozium və ictimai toplantıların ləğv olunduğunu elan edib.
Belçika hökuməti ən azı ayın sonuna qədər davam edəcək ümummilli karantin tətbiq olunduğunu elan edib, bütün səhiyyə sistemi səfərbər olunub.
İspaniya hökumətinin mətbuat xidməti ərazi siyasəti və ictimai xidmət naziri Carolina Dariasın koronavirus ilə yoluxma faktını təsdiqləyib.
Portuqaliya hökuməti koronavirusun yayılması təhlükəsi üzündən bütün təhsil müəssisələrini bağlamaq qərarı verib.
Kosta-Rikada da bütün təhsil müəssisələri bağlanılıb.
Nyu York Bələdiyyə başçısı Bill de Blasio mətbuat konfransında yaxın günlərdə şəhərdə COVID-2019 koronavirusuna yoluxanların sayının artacağını və təhlükəli virusdan ölənlərin çoxalacağını bildirib.
Boliviya hakimiyyəti Avropa ilə uçuşları dayandırmaq qərarına gəlib.
Fransa lideri Emmanuel Makronun sözlərinə görə, dünyada koronavirus epidemiyası hələ indi başlayır, buna görə ölkə vətəndaşlarının sağlamlığı hakimiyyət orqanları üçün prioritet məsələdir.
Berlində muzeylər qapadılıb.
Netanyahu İsraildə orta və ali məktəblərin bağlanması haqda qərar verib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litsjan Tvitterdəki mikrobloqunda Çinin Vuhan COVID-2019 pandemiyasının "beşiyi" olan Vuhana koronavirusu Amerika hərvçilərinin gətirmiş ola biləcəyi iddiasını irəli sürüb.
"Gəlin baxaq, ABŞ-da ilk xəstə nə vaxt peyda oldu? Neçə insan yoluxdu?.. Ehtimal ki, Vuhana koronavirus epidemiyasını gətirən məhz ABŞ hərbçiləri olub... ABŞ hər şeyi bizə izah etməlidir!" – sözçü yazıb.
Alpər