Xəbər lenti

Dünyada təhlükəli bakteriyaların ən aktiv yayıldığı regionlar açıqlandı
Dünya 21:42 23.10.2025

Dünyada təhlükəli bakteriyaların ən aktiv yayıldığı regionlar açıqlandı

Honq Konq, Yeni Zelandiya və Danimarka sakinləri səyahətlərdən qayıdarkən superbakteriyaları ən çox "evə gətirənlər" sırasındadır. 

Qaynarinfo xəbər verir ki, bu nəticəyə Avstraliya Milli Universitetinin alimləri gəliblər. Araşdırmanın nəticələri "Antibiotics” jurnalında dərc olunub.

Beynəlxalq səyahətlər antibiotiklərə davamlı bakteriyaların qlobal miqyasda yayılmasında əsas rol oynayır. Bu bakteriyaların törətdiyi infeksiyalar müalicəyə çətin tabe olur və çoxsaylı ölüm halları ilə nəticələnir. Alimlər superbakteriyaların necə yayıldığını daha yaxşı anlamaq üçün 241 ölkədəki vəziyyəti təhlil ediblər.

Araşdırmanın aparıcı müəllifi, professor Piter Kollinyon qeyd edib:

"Bu, qlobal miqyasda iki istiqamətli riskin miqdarını qiymətləndirən ilk tədqiqatdır. Biz həm xaricdə superbakteriya yoluxduraraq onu vətəninə gətirən, həm də "öz bakteriyasını" başqa ölkəyə aparan səyahətçiləri nəzərdən keçirdik".

Tədqiqatın nəticələrinə görə, Şimali və Qərbi Avropa sakinləri ən çox xaricə səfər edən və oradan superbakteriyalarla qayıdan qruplardır. Alimlər Karib hövzəsini gələnlərdən yoluxma riski ən yüksək olan region kimi müəyyən ediblər.

Honq Konq, Yeni Zelandiya və Danimarka sakinləri həm ölkələrinə, həm də digər dövlətlərə təhlükəli mikroorqanizmləri "daşıyan” əsas qruplar sırasında yer alıblar.

Professor Kollinyon səyahətçilərə bir sıra profilaktik tədbirlərə əməl etməyi tövsiyə edib:

"Ehtiyat tədbirlərinə suyun istifadəsində diqqətlilik, yalnız yaxşı bişmiş yeməklərin qəbulu, çiy məhsullardan uzaq durmaq və gigiyena qaydalarına, o cümlədən dezinfeksiyaedici vasitələrin istifadəsinə ciddi riayət etmək daxildir".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->