2050-ci ilə qədər Latın Amerikasında xərçəng xəstəliklərinin sayı 83% arta bilər.
Qaynarinfo "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri doktoru, Beynəlxalq Xərçəngə Qarşı Mübarizə İttifaqının idarə heyətinin üzvü Mayra Kaleffi danışıb.
Həkim qeyd edib ki, bu region ölkələrində xərçəngə yoluxma səviyyəsi artıq yüksəkdir və ölüm halları da artır: "Gələcək perspektivlər də narahatlıq doğurur".
Onun sözlərinə görə, ən çox aşağı və orta gəlirli ölkələr zərər görəcək, çünki onlar xəstəliyin yeni hallarının artımına daha zəif hazırdır. Latın Amerikası və Karib hövzəsi ölkələri də bu qrupa daxildir.
Aydın
Şərhlər