Xəbər lenti

Dünyanı bürüyən qrip epidemiyası - DƏHŞƏTLİ STATİSTİKA
Dünya05:00 28.01.2014

Dünyanı bürüyən qrip epidemiyası - DƏHŞƏTLİ STATİSTİKA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İlin ilk 23 günü ərzində Meksikada qrip epidemiyası səbəbindən həyatını itirənlərin sayı 130-u ötüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 2014-cü il, yanvarın 16-sı ilə müqayisədə, ölənlərin sayı həftə ərzində 322% artıb (ayın ilk 16 günündə 32 nəfər ölüb).
 
Belə ki, 123 nəfər “donuz qripindən” dünyasını dəyişib, 10 nəfər – “A”, 2 nəfər “B” və H3N1 viruslarının qurbanı olub.
 
Ölüm hallarının ən çoxu Aşağı Kaliforniya ştatında (21), İdalqo ştatında (12) və ölkənin Federal dairəsində baş verib (13). 

Çində isə quş qripinin qurbanlarının sayı 19 nəfərə çatıb.

Ölkədə H7N9 quş qripinin yayılması ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir.

Çinin səhiyyə orqanlarının  məlumatına əsasən, ilin əvvəlindən 96 nəfər virusa yoluxub, 19 nəfər dünyasını dəyişib.
 
Həkimlər virusun insandan insana keçməsini istisna etmirlər. Çinin bir sıra ərazilərində diri quşların satılmasına qadağa qoyulub. Ölkənin şərqində yerləşən Çjetsyan əyalətində 49 nəfər xəstələnib, 12 yerli sakin ölüb.
 
Quş fabrikləri, parklar, köçəri quşların miqrasiya məskənləri xüsusi nəzarətə götürülüb.
 
Şanxayda quş bazarları bağlanıb. Burada ilin əvvəlindən 8 nəfər quş qripinə  yoluxub, onlardan 4-ü ölüb. Quandun əyalətində yanvar ayında 26 nəfər xəstələnib, 4 nəfər həyatını itirib.

Qaynar.info