
Avropa ölkələrindən, eləcə də Avstraliya və Şri Lankadan olan 60-dan çox həkim İngiltərənin Daxili İşlər naziri Priti Patelə məktub göndərərək, WikiLeaks saytının təsisçisi Culian Assancın səhhətindən ciddi narahat olduqlarını bildirib.
Qaynarinfo mk.ru-ya istinadən xəbər verir ki, həkimlər 2020-ci il fevral ayında mühakimə olunacaq Assancın səhhətindəki narahatlıq üzündən hakim qarşısına çıxa bilməyəcəyini deyib.
Həkimlər Assancın təcili tibbi yardım almadığı təqdirdə məhkəmədən əvvəl həbsxanada ölə biləcəyi ilə bağlı xəbərdarlıq edərək, onun həbsxanadan universitet klinikasına köçürülməsi üçün çağırış edib.
Xatırladaq ki, bundan əvvəl Assancın atası Con Şipton bənzər bir açıqlama verərək, oğlunun ölüm riskinin olduğunu bildirib.