Xəbər lenti

Dünyanın ən ağ qumlu çimərliklərini harda tapmaq olar? - TOP-20
Dünya11:29 27.08.2024

Dünyanın ən ağ qumlu çimərliklərini harda tapmaq olar? - TOP-20

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir çox turist növbəti istirahəti üçün ideal çimərlik seçərkən ilk növbədə dənizdə və ya okeanda suyun təmizliyinə diqqət yetirir. Bununla belə, qumun keyfiyyəti çimərliyə gedənlər üçün heç də az əhəmiyyət kəsb etmir.
Qaynarinfo "Time Out"a istinadən xəbər verir ki, turistlərin seçimlərini asanlaşdırmaq üçün lüks istirahət şirkəti "CV Villas 200-ə yaxın çimərliyin "Google Maps" şəkillərindən istifadə edərək və hər sahil zolağının rəng analizini apararaq, dünyanın ən ağ qumunun harada olduğu ilə bağlı araşdırma aparıb.
Məlum olub ki, planetin ən ağ qumu Meksikanın Tulum çimərliyində tapmaq olar - bu çimərliyin şəkillərində təmiz ağdan ən aşağı kənarlaşma əmsalı var.
İkinci yerdə 4,3 əmsalla Seyşel adalarının Anse Source d'Argent çimərliyi, üçüncü yerdə isə 6,5 əmsalla Yunanıstanın Mamari çimərliyi qərarlaşıb.
Göz qamaşdıran ağ quma dünyanın hər yerində rast gəlmək olar - İspaniyadan Kubaya, Tailanddan Şotlandiyaya qədər.
Dünyanın ən ağ qumlu 20 çimərliyi:
1. Tulum çimərliyi, Meksika
2. Anse Source D'Argent, Seyşel adaları
3. Marmari çimərliyi, Yunanıstan
4. Tropea çimərliyi, İtaliya və Playa de Muro, İspaniya
6. Kala Pluma, İspaniya
7. Valras çimərliyi, Fransa
8. Cala Brandinki, İtaliya
9. Stocking Island Beach, Bahamas və Taylor Bay Beach, Turks and Caicos
11. Varadero çimərliyi, Kuba
12. Punta Prosciutto, İtaliya
13. Maya Bay çimərliyi, Tailand
14. Karmel çimərliyi, ABŞ
15. Bamboo Island Beach, Tayland
16. Siesta Key Beach, ABŞ
17. Spiaggia La Pelosa çimərliyi, İtaliya
18. Flamenco Beach, Puerto Rico və Luskentyre Beach, Şotlandiya
20. Qreys Bay, Turks və Kaykos adaları
Aydın