Xəbər lenti

Dünyanın ən bahalı təyyarələri (FOTOLAR)
Dünya15:19 22.07.2017

Dünyanın ən bahalı təyyarələri (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elə biznesmenlər, dövlət başçıları var ki, dəyərindən qat-qat artıq xərcləyərək təyyarələrini öz istəklərinə uyğun olaraq dizayn etdiriblər. Sözügedən təyyarələrin hazırlanmasında qızıl, bahalı kristallar istifadə edilib.

"Qaynarinfo" dünyanın ən bahalı təyyarələrini təqdim edir:

10. Boeing 747-8 VIP – 153 milyon dolar

Boeing 747-8 VIP “Dreamliner” təyyarəsi Honk Konqlu milyarder Cozef Lauya aiddir. Bu təyyarə milyarderin daha rahat bir şəkildə səyahət etməsi üçün ən son texnologiyalarla təchiz olunub. Milyarderin istəyi ilə təyyarəyə həddindən artıq əlavələr edildikdən sonra içində geniş bir salon yaradılıb. Təyyarənin orijinal variantında 467 ədəd müştəri kreslosu var.

9. BOEING 747-400 CUSTOM – 220 milyon dolar

Boeing 747-400 markalı təyyarənin sahibi Səudiyyə Ədəbistanının şahzadəsi Əl-Vəlid ibn Talala aiddir. O təyyarəni aldıqdan sonra 2 yataq  otağı, 14 nəfərlik yemək masası, eyni zamanda da bir ədəd taxt əlavə etdirib. Taxt qızıldan hazırlanıb.

8. E-2D ADVANCED HAWKEYE – 232 milyon dolar

Qeyri-adi görünüşə sahib olan əsgər təyyarəsi "Grumman Aircraft Company" şirkəti tərəfindən təchiz edilib. ABŞ donanmasına aid olan bu təyyarə hava şəraitindən asılı olmayaraq uça bilir. E-2D şirkətin təcrübə məqsədilə istehsal etdiyi son model təyyarədir.

7. Boeing 747-430 Custom – 233 milyon dolar

Təyyarənin orjinal versiyası 100 milyon dəyərindədir, lakin bu təyyarənin sahibi olan Bruney sultanı bəzi yerlərdə qızıldan istifadə olunduğu üçün əlavə olaraq 130 milyon da xərcləyib.

Salon, yataq otağı bə hamam tamamilə qızıl və lalique kristalı ilə dizayn edilib.

6. P-8A Poseidon – 290 milyon dolar

Boeing tərəfindən ABŞ donanması üçün istehsal olunub. Planetin ən yaxşı müdafiə təyyarələrindən biridir. Təyyarə, su bombası, SLAM-ER raketləri, Harpoon raketdən müdafiə kompleksi və s. avadanlıqlarla təchiz olunub.

5. C-17A Globemaster III – 328 milyon dolar

Bu təyyarə ABŞ silahlı hava qüvvələrinin ən böyük canlı qüvvə daşıyan təyyarələrindən sadəcə biridir. Əsgər və yük daşıma əməliyyatları, tibbi evakuasiya və paraşütlə atlama fəaliyyətləri üçün istifadə edilir. Hazırda ABŞ ordusundan bu təyyarələrdən 210 ədəd olduğu iddia edilir.

4. F-22 Raptor – 350 milyon dolar

5-ci nəsil qırıcılar kateqoriyasına daxil olan F-22 Raptor dünyanın ən yaxşı və ən bahalı qırıcısı olaraq qəbul edilir. Lukhid Martin tərəfindən yalnız ABŞ Silahlı Qüvvələri üçün ixtira edilib.

3. Airbus A340-300 Custom – 350-$500 milyon dolar

Bu təyyarə Rusiyanın ən varlı biznesmenlərindən biri olan Alişer Usmanova aiddir. Təyyarənin orjinal versiyasının qiyməti 238 milyon dollar dəyərindədir. 375 nəfər sərnişinin daşınması üçün nəzərdə tutulsa da, bu təyyarə artıq bir sərnişin üçündür. O da Usmanovdur.

2. Airbus A380 Custom – 500 milyon dolar

Bu, dünyada ən bahalı özəl təyyarədir. Lüks təyyarədə iki avtomobil qarajı, bir neçə yataq otağı, hamam və s. var.

1. B-2 Spirit Stealth Bomber – 2.1 milyard dollar

B-2 Spirit Stealth Bomber indiyə kimi istehsal olunan təyyarələr içərisində ən bahalı ünvanını qoruyur. "Uçan qanad" adlanan “B-2 Spirit” aeorodinamik sxemə malikdir. O, həmçinin dünyanın ən məhvedici silahlarından biri sayılır. İlk başda bu təyyarəni strateji nüvə bombardmançısı kimi layihələndirsələr də, soyuq müharibənin sonunda onu adi bombardmançı kimi təqdim etdilər. "B-2" düşmənin Hava Hücumundan Müdafiə komplekslərindən yan keçə və 40 tona qədər bomba ilə 10 min kilometr məsafəni havada yanacaq doldurmadan qət edə bilir. ”Stels” texnologiyalı “B-2” –ni qorxulu edən onun radarlara yaxalanmamasıdır.