Xəbər lenti

Dünyanın ən böyük mağarası Vyetnamda təsadüfən aşkar edildi (VİDEO)
Video 18:50 06.08.2026

Dünyanın ən böyük mağarası Vyetnamda təsadüfən aşkar edildi (VİDEO)

1990-cı ildə vyetnamlı Ho Xan ölkənin şimalındakı "Fonq-Nya–Ke-Banq" Milli Parkının meşələrində aqarlı ağac axtarışı zamanı qəfil başlayan fırtınadan gizlənmək üçün qayalıq ərazidə kiçik bir mağaraya sığındı. 

Qaynarinfo xəbər verur ki, "Discover Wildlife" nəşrinin yazdığına görə, mağaranın girişindən çıxan dumanı və içəridən gələn su səsini görən Ho Xan daha sonra onun yerini itirdi və uzun illər mağaranın dəqiq yerini xatırlaya bilmədi.

Mağara təxminən on il sonra britaniyalı speleoloqlara danışıldıqdan sonra yenidən tapıldı və 2009-cu ildə ətraflı şəkildə tədqiq edildi.

Dünyanın ən böyük təbii mağarası

"Şondonq" mağarası "Ginnesin Rekordlar Kitabı"na dünyanın ən böyük təbii mağarası və ən iri vahid mağara keçidi kimi daxil edilib.

Mağaranın hündürlüyü 200 metr, eni 150 metr, uzunluğu isə ən azı 6,5 kilometrdir.

Mütəxəssislərin hesablamalarına görə, mağaranın "Ümid və Vizion" adlı zalının hündürlüyü 40 mərtəbədən çox olan göydələni yerləşdirməyə, eni isə "Boeing 747" təyyarəsinin keçməsinə imkan verir.



Unikal ekosistemə malikdir

Mağaranın içərisindən böyük yeraltı çay sistemi keçir və bu da burada özünəməxsus ekosistemin formalaşmasına səbəb olub. Dalğıclar çayın sonuna çata bilməyiblər, çünki uzunmüddətli sualtı araşdırma üçün kifayət qədər qaz ehtiyatına malik olmayıblar.

Mağaradan keçən "Rao Thuonq" çayı onun adının da mənşəyini təşkil edir. "Son" sözü "dağ", "Doonq" isə "Rao Thuonq çayının axdığı vadi" mənasını verir.

"Adəm bağı" (həmçinin "Karst çökəkliyi №2") adlanan hissədə günəş işığı mağaraya daxil olaraq burada nadir yaşayış mühiti yaradır.

Bu qədim yeraltı meşədə hündürlüyü 50 metrə çatan ağaclar, mamırlar və qıjılar bitir. Mağaradan çıxan sərin və rütubətli hava duman pərdələri yaradır və bəzən enişi çətinləşdirir.

Speleoloqlar mağarada uçan dələlər, ilanlar və qida axtarmaq üçün mağaraya daxil olan meymunlar müşahidə ediblər. Gecələr isə mağaranın ətrafında böyük, hələ tam müəyyənləşdirilməmiş quşlar uçur və onların bayquş növlərindən biri olduğu ehtimal edilir.

Bundan əlavə, daha geniş mağara sistemində qurbağalar, balıqlar, əqrəblər və mağara salanqanları da daxil olmaqla yeddi yeni növ aşkar edilib.

Aydın 


Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->