Hindistanda dünyanın ən böyük heykəli hazırlanıb.
Qaynarinfo xəbər verir ki, görkəmli siyasi xadim, 1947-ci ildə Britaniyanın müstəmləkə əsarətindən qurtulmaq üçün xalq hərəkatının ən fəal üzvlərindən biri Sərdar Vallabhbhainin xatirəsini əbədiləşdirmək üçün ucaldılıb. Abidənin açılışı oktyabrın 31-də keçiriləcək.
Heykəl Hindistanın Qujarat ştatında Narmada çayı sahilində ucaldılıb. Onun hündürlüyü 182 metrdir. Açılış mərasimində layihənin təşəbbüskarı olan baş naziri Narendra Modi iştirak edəcək.
Bu layihə hazırkı baş nazir tərəfindən 2010-cu ildə ictimaiyyətə təqdim olunmuşdu. Narendra Modi həmin vaxt Qujarat ştatının naziri idi. Abidənin tikintisi işlərinə Qujarat ştatı, federal hökumət büdcəsi və özəl şirkətlərin 410 milyon dollar məbləğində vəsaiti cəlb olunub. Bundan başqa, baş nazir əyalət fermerlərini də abidənin ucaldılması üçün ianələr verməyə çağırıb.
Hazırda dünyanın ən hündür heykəli 93 metr olan Amerikadakı Azadlıq abidəsidir.