Xəbər lenti

Dünyanın ən böyük pivə festivalı - FOTOLAR
Dünya15:35 22.08.2016

Dünyanın ən böyük pivə festivalı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Erding şəhərində Herbstfest- hər kəsin dəvət olunduğu ənənəvi Bavariya festiavlı
Bavariyada həyat tərzi və adətlərini özündə əks etdirən bir sıra festivallar var ki, onlardan biri də Erdinq qəsəbəsinin Herbstfest festivalıdır (Payız sərgisi). 
Qaynarinfo.Az xəbər verir ki, hər il 200.000-dən çox qonaq Bavariya delikateslərindən və əlbəttə ki, şəhərin dünya şöhrətli pivəsindən zövq almaq üçün ERDINGERWeißbräu və Fischer Stiftungsbrauere pivə çadırlarına toplaşır. 
Bu sərginin tarixi kökləri 1816-cı ilə, birinci Kənd Təsərrüfatı Festivalına gedib çıxır. Bu mərasim 1949-cu ilə kimi bu formatda olmaqla müəyyən intervallarla təşkil edilib. O vaxtdan etibarən isə hər il keçirilməyə başlanılıb. 10 gün ərzində təşkil olunan festival avqust ayının sonuncu cümə günü başlayır və xaricdən minlərlə qonağı özünə cəlb edir.
Hər il özəl pivə zavodu olan ERDINGER Weißbräu festival dövrü üçün xüsusi pivə istehsal edir: çox böyük istəklə gözlənilən ERDINGER Festweisse. Dünyanın bir çox yerindən Erdinqə gələn orjinal və ənənəvi Bavariya həyat tərzini təcrübədən keçirən qonaqların bu xüsusi aromatlı pivəni seçməsi heç də təsadüfi deyil.
Festivala xas xüsusiyyətlərdən biri dünya şöhrətli idmançıların Erdinger Alkoqolsuz komandası adı altında Festivalda iştirak etməsidir. Maqdalena Neuner, Raelert qardaşları, Feliks Neureuter, Lukas Hofer və həmkarları hər yayın sonun daha gözəl atmosferdə keçirtmək üçün Erdingə gəlirlər.
Rəngli yerli geyimlər, festival yarışları, ənənəvi kulinariya delikatesləri, yüksək səviyyəli proqram, orjinal Bavariya qonaqpərvərliyini nümayiş olunduğu Herbstfest stendləri gələn qonaqları salamlayır və onlara unudulmaz əyləncə vəd edir.
Qaynarinfo.Az