Xəbər lenti

Dünyanın ən böyük vulkanik bölgəsi kəşf edildi
Dünya15:05 14.08.2017

Dünyanın ən böyük vulkanik bölgəsi kəşf edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qərbi Antarktikada buz təbəqəsinin 2 km altında 91 yanardağ kəşf edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Şotlandiyanın Edinburq Universitetinin alimləri uzun müddət bu ərazini araşdırıb. Nəticədə ölçüləri 100 və 3850 m arasında olan 91 vulkan kəşf edilib.

Ərazinin vulkanlarla Afrikadan daha zəngin olduğu məlum olub.

Araşdırmada iştirak edən mütəxəssislərdən olan Robert Binqhem "Çox təəccübləndik, belə bir rəqəmi gözləmirdik. Antarktikadakı yanardağların sayı Afrikadakından 3 dəfə çoxdur. Bölgədə baş verəcək ciddi partlayış, dünyaya böyük zərər verə bilər. Partlayış baş versə, buzlar əriyəcək və dünyadakı dəniz səviyyəsi kəskin artacaq. Ərazinin aktivlik vəziyyəti daim izlənilməlidir" deyib. 

Gülşən

Qaynarinfo.Az