Dünyanın ən çirkin heyvanı balıq seçilib. Anspress-in məlumatına görə, bu "damla balığı" adı ilə tanınan blobfish-dir. Axan bir jelatinə bənzəyən bu heyvan Çirkin heyvanları mühafizə dərnəyinin siması olacaq. Dərnək nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan,ancaq qorunmayan heyvanlara diqqəti çəkmək üçün səsverməə keçirib. Damla balığı səsvermə nəticəsində 10 min səsə toplayıb.
Adıçəkilən balıqlar Avstraliyanın cənub şərqindəki adalarda və Tazmaniya ətrafında, okeanın 600 - 1200 metr dərinliklərində yaşayır.