Xəbər lenti

Dünyanın ən çox oxunan xəbəri! - Bir gənc yazdı
Dünya10:46 07.07.2014

Dünyanın ən çox oxunan xəbəri! - Bir gənc yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən çox oxunan xəbəri dünyanın ən çox tanınan qəzetlərinin birində dərc olundu. Amma xəbəri qələmə alan məşhur bir redaktor, ya da müxbir deyil, adi bir təcrübəçidir.

"New York Times"-da təcrübə keçən bir tələbənin yazdığı xəbər ilin ən çox oxunan xəbəri oldu.

Qaynar.info-nun verdiyi xəbərə görə, çox fərqli, amma bir o qədər də sadə mövzuda ilin xəbərini yazan gənc bunun üçün ABŞ-ın az qala qarış-qarış gəzməli olub . "Fərqli insanlar eyni şeyi necə izah edər?" mövzusu üçün kişi-qadın, homoseksual-heteroseksual qismində minlərlə insanla görüşərək, onların eyni mövzuda özlərini necə ifadə etməklərini araşdırıb. Xəbər dərc olunandan sonra sosial mediada paylaşım rekordu qırıb və nəticədə ilin ən çox oxunan xəbəri olub.

Adı Josh Katz olan təcrübəçi universitetdən bir neçə ay öncə məzun olub. "New York Times"-dan verilən açıqlamaya görə, təcrübə müddəti bitəndən sonra Josh qəzetdə işinə redaktor olaraq davam edəcək.

Qaynar.info