Xəbər lenti

Dünyanın ən çox sərnişinini bu aeroport qəbul edir
Dünya18:07 24.01.2017

Dünyanın ən çox sərnişinini bu aeroport qəbul edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dubayın Beynəlxalq Hava Limanı 2016-cı ildə dünyanın ən çox aviasərnişin qəbul edən hava limanı olub.

Hava limanının illik trafiki 7,2% artaraq 83,6 miliyon sərnişin təşkil edib.

Sərnişin axınının artımına “Emirates” və “Flydubai”da daxil olmaqla, yerli daşıyıcıların 11 yeni istiqamət üzrə uçuşlara start verməsi səbəb olub. Təkcə 2016-ci ilin dekabr ayında hava limanında əvvəlki illə müqayisədə sərnişin dövriyyəsi 9,3% artaraq, 7,7 milyon nəfər təşkil edib.

Dubay hava limanı 2017-ci ildə sərnişin sayının 89 milyon (sərnişin axını 6,5% artacaq) olacağını proqnozlaşdırır. Hava limanı 2023-ci ilə bu rəqəmi ildə 118 milyona qədər artırmaq niyyətindədir.

Qeyd edək ki, hələ 2014-cü ildə Dubay Beynəlxalq Hava Limanı beynəlxalq reyslərinin sayına görə Londonun “Hitrou” hava limanını qabaqlayıb.

2016-ci ildə “Hitrou”nun sərnişin axını 76 milyon (bu göstərici həm beynəlxalq, həm də daxili reysləri əks etdirir) təşkil edib.(avropa.info)

Qaynarinfo.Az