Rusiyada yaşayan Anastasiya Knyazeva gözəlliyi ilə uşaq modellər olan Kristina Pimenova və Tiylan Blonduya rəqib olub.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 6 yaşlı Knyazevanın "Instagram" sosial şəbəkəsində 522 min izləyicisi var. Onun hesabı artıq 2 ildir ki, anası tərəfindən idarə edilir.
Mavi gözləri, düz saçları ilə diqqəti çəkən Anastasiyanın modelliklə məşğul olması bəziləri tərəfindən birmənalı qarşılanmır və azyaşlı modelin ailəsi tərəfindən istismar edildiyini bildirir.