
29 yaşlı rusiyalı Yekaterina Lisina 205.74 sm boyu ilə dünyanın ən hündür modeli və ən uzun ayaqlara sahib qadını statusunu qazanmaq iddiasındadır.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Yekaterina Rusiyanın ən hündür qadını və modelidir, lakin dünyada da eyni statuslara yiyələnmək niyyətindədir. Modelin ayaqları 133.096 sm, ayaqqabı nömrəsi isə 47-dir.
Hündür modelin fotolarını təqdim edirik.
Gülşən
Qaynarinfo.Az

















