Son zamanlar böyuk avtomobillərin dəbdə olmasına baxmayaraq, kiçik maşınlara da tələbat azalmır.
Birləşmiş Ştatlarda isə dünyanın ən kiçik avtomobilini yaradıblar.
Amerikalı Ostin Koulson dünyanın ən kiçik avtomobilini yaradıb. Bu avtomobil lazımi sertifikatı əldə etmək üçün bütün şərtlərə sahibdir və yol hərəkətinin tam hüquqlu üzvünə çevrilə bilər.
Maşının lazım olan bütün avadanlıqları - siqnal işıqları və faralara, təhlükəsizlik kəməri və ön şüşəsi var. Nəqliyyat vasitəsinin kuzovu qismində uşaq arabası istifadə olunub, mühərrik uşaq kvadrsiklindən götürülüb, yanacaq sərfiyyatı isə 20 kilometrə 1 litrdir. Amma yanacaq çəni kiçik ölçülü olduğu üçün bu maşınla yalnız qısa məsafələrə səyahət etmək olar./anspress.com/