İlk yarımilliyin nəticələrinə görə dünya avtomobil bazarında lider "Toyota Group" olub.
Qaynarinfo xəbər verir ki, "Focus2Move"un məlumatına əsasən, şirkətin bazar payı 12,4 faiz təşkil edib. Bununla belə, satışlar illik müqayisədə 3,9 faiz azalıb.
"Toyota" avtomobilləri bütün dünyada böyük populyarlıq qazanır. Yapon markasının avtomobilləri yüksək etibarlılığı və münasib təmir xərclərinə görə qiymətləndirilir. Digər mühüm amil isə "Toyota"nın hibrid texnologiyalar sahəsində liderliyidir.
Reytinqdə ikinci yeri 9,4 faizlik bazar payı ilə "Volkswagen Group" tutub. Almaniya qrupunun satışları 7,6 faiz azalıb. Satışlardakı əsas geriləmə Asiyada qeydə alınıb – 23,4 faiz. Bununla yanaşı, Amerikada satışlar 3,6 faiz artıb.
Üçüncü yerdə 8,5 faizlik bazar payı ilə "Hyundai-Kia" qərarlaşıb. Qrupun satışlarında ciddi dəyişiklik olmayıb: Amerikada satışlar 4,1 faiz artıb, Avropada 0,8 faiz, Asiyada isə 3,7 faiz azalıb.
Maraqlıdır ki, dünya bazarlarını fəal şəkildə ələ keçirən Çin şirkəti "BYD" reytinqdə iki pillə geriləyərək yalnız 11-ci yeri tutub. Şirkətin Asiyadakı satışları 34,2 faiz azalsa da, Amerikada 121,2 faiz, Avropada isə 66,6 faiz artıb.
Dünyanın ən böyük avtomobil istehsalçıları arasında ilk 10-luq belə sıralanıb:
1. "Toyota Group" (-3,9%)
2. "Volkswagen Group" (-7,6%)
3. "Hyundai-Kia" (-0,2%)
4. "Stellantis" (+3,3%)
5. "Renault Nissan Alliance" (-3,9%)
6. "General Motors" (-10%)
7. "Ford Group" (-10,2%)
8. "Suzuki" (+9,4%)
9. "Geely Group" (-8,5%)
10. "Honda Motor" (-6,4%)
Aydın
Şərhlər