
Qeyri-adi tətil keçirmək üçün insanlar müxtəlif məkanlara üz tuturlar.
Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, turistlərin sevdiyi, qeyri-adi məkanlardan biri də Slovakyanın Tatra dağlarında yerləşən oteldir. Bu otel memarlığı ilə bir neçə beynəlxalq yarışmanın qalibi olub. "Kezmarske Hut" adı verilən 5 mərtəbəli oteli uzaqdan görənlər qarların içərisinə gömüldüyünü düşünürlər. Alüminium, şüşə və günəş panellərdən istifadə edilərək inşa edilən otelin içi müasir mebellərlə döşənilib. “Atelier 8000” adlı Çex firması tərəfindən dizayn edilən otel, qonaqlarına dağların bənzərsiz görünüşünü izləmə fürsəti verir.
Qaynar.info






