Xəbər lenti

Dünyanın ən qüsursuz gözəlləri - FOTOLAR
Maqazin16:26 15.07.2016

Dünyanın ən qüsursuz gözəlləri - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış plastik cərrah Culiya de Silva dünyanın ən gözəl üz quruluşuna malik olan qadınların siyahısını hazırlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, plastik cərrah ideal qadın gözəlliyinə yaxın olan Hollivud ulduzlarının adlarını açıqlayıb. Araşdırma nəticəsində məlum olub ki, aktrisa Ember Herdın üz quruluşu ideal parametrlərə daha çox uyğun gəlir. Xüsusi kompüter proqramı nəticəsində məlum olub ki, Conni Deppin keçmiş həyat yoldaşı  Ember Herdın üzü 92 faiz ideala uyğundur. Xüsusi ilə də aktrisanın burnunun və buxağının 99,7 və 99,6 faiz ideala daha yaxın olduğu bildirilib.
Onun ardınca üzündə bir neçə plastik əməliyyat keçirən Kim Kardaşiyan gəlir. Üçüncü yerdə isə dünya şöhrətli model Keyt Mossun adı çəkilib. Araşdırmada Skarlet Yohansonun ən ideal  göz quruluşuna malik olduğu qeyd edilib.  Gənc model Emili Ratajovski isə ən gözəl dodaqların (96,7 faiz) sahibi seçilib. Siyahıya Merilin Monro, Helen Mirren, Cennifer Lourens kimi ulduzlar da daxil edilib. 
Qaynarinfo.Az