Xəbər lenti

Dünyanın ən sərfəli avtomobili - FOTO-VİDEO
Dünya08:46 08.06.2014

Dünyanın ən sərfəli avtomobili - FOTO-VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Microjoule" adı verilən avtomobilin benzin çənindəki 12 litr yanacaq ilə ekvator xəttini tam dövr vurmaq mümkündür

Fransızlar 3,3 min km üçün 1 litr sərf edən avtomobil icad ediblər.

ANS PRESS-in məlumatına görə, Shell ekoloji marafonuna qatılan fransız tələbələr təqdim etdikləri bu layihə ilə birinci yerə layiq görülüblər. 

"Microjoule" adı verilən bu sərfəli avtomobilin benzin çənindəki 12 litr yanacaq ilə ekvator xəttini tam dövr vurmaq mümkündür. 

Fransanın Nant şəhərinin La Joliverie texniki kolleci tərəfindən təqdim olunan icad 20 il bundan öncə hazırlanmağa başlanıb. 

Fransız tələbələrin icadı ekoloji marafona qatılan 25 ölkənin 200-dən çox iştirakçının göstəricilərini qabaqlayıb.

Qaynar.info