Xəbər lenti

Dünyanın ən soyuq kəndində necə yaşayırlar? - FOTOLAR
Dünya04:30 01.11.2014

Dünyanın ən soyuq kəndində necə yaşayırlar? - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən soyuq kəndi hesab olunan Yakutiyanın Oymyakon kəndində tempratur -71,2 dərəcəyə qədər enir. Buna baxmayaraq kənddə həyat digər yerlərdəki kimi öz axarı ilə davam edir.

Sərt hava şəraiti üzündən qış aylarında bu kənddə torpaqda heç nə yetirmiş və həyat olduqca ilginc şəkildə keçir. Rusiya Federasiyasının Saha Respublikasına daxil olan kənddə evlərin qızdırılıması üçün sadəcə odun və kömürdən istifadə olunur.

550-yə yaxın insanın yaşadığı Oymyakonda cəmi bir məktəb var. Amma tempratur -52-dən aşağı düşəndən sonra təhsil ocağı bağlanır və dərslər dayanır. Kənddə qış aylarında elektronik cihazlardan və avtomobillərdən istifadə olunmur. 

Oymyakon Arktikaya yaxın olduğundan dekabrda burda cəmi 3 saat günəş işığı olur. Kənd dəniz səviyyəsindən 741 metr hündürlükdədi. 

Qeyd edək ki, Oymyakonda ilk dəfə 1920-ci ildə evlər tikilməyə başlayıb. Kənddə təxminən 2 ay davam edən yayda havalar inanılmaz dərəcədə isti olur. Hətta tempratur +30-yə qədər yüksəlir.

Qaynar.info