Dünyanın ən tüklü insanı statusunu qazanan Sumatra Susuphan adlı şəxsin son "Facebook" paylaşımı diqqəti çəkib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 2010-cu ildə Ginnes Rekordlar Kitabına adını yazdıran qadının son vəziyyəti hamının təəccübünə səbəb olub. Uşaqlıqda lazer müalicəsi alan, lakin heç bir nəticə əldə etməyən Sumatranın atası bildirir ki, o sifətini hər gün qırxmaqla tüksüz simaya nail ola bilib. "Ambras" sindromundan əziyyət çəkən qadın "Facebook"da evlənməsi və xoşbəxt olması barədə məlumat paylaşıb. O bildirib ki, başqalarından fərqli hiss etmir, çoxlu dostları var və vəziyyəti onu xüsusi edir.
Qeyd edək ki, dünyada sadəcə 50 nəfərdə rast gəlinən "Ambras" sindromu bədəndəki tüklərin sürətlə uzanmasına səbəb olur.