Xəbər lenti

Dünyanın ən varlı adamından boşandı - 38 milyard dollar qazandı
Dünya07:29 06.07.2019

Dünyanın ən varlı adamından boşandı - 38 milyard dollar qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Amazon” şirkətinin prezidenti Ceff Bezos həyat yoldaşı Makkenzidən rəsmən boşanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” nəşri məlumat yayıb.
Xəbərdə bildirilir ki, iyulun 5-də Vaşinqton ştatının Kinq dairəsinin hakimi boşanma haqqında qərarı imzalayıb.
Sənədə əsasən, Makkenzi Bezos "Amazon”da 19,7 milyard dollar (4 fazi) dəyərində səhmin sahibi olub. Bu səhmin bazar dəyəri 38,3 milyard dollar təşkil edir. Bununla da o, "Bloomberg”in milyarderlər siyahısında 22-ci yerdə qərarlaşıb.
Ceff Bezos boşanma prosesinə görə ciddi maliyyə itkiləri ilə üzləşib. O, şirkətin 12 fazilik səhmini əldə saxlamaqla 114,8 milyard sərvətlə yenə də dünyanın ən zəngin iş adamı olaraq qalıb.
Qeyd edək ki, 25 il evli olan cütlük bu ilin yanvarında boşanacağını elan edib.