Xəbər lenti

Dünyanın ən xəsis qadını: alt paltarı da almır (FOTOLAR)
Dünya09:33 28.09.2017

Dünyanın ən xəsis qadını: alt paltarı da almır (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kate Haşimoto adlı şəxs dünyanın ən xəsis qadını statusunu qazanıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Nyu Yorkda maliyyə meneceri kimi çalışan Haşimoto yaxşı işi olmasına baxmayaraq, qidalarını 2 ildir zibillikdən tapır və alt paltarı belə almır, axırıncı dəfə geyimə 8 il əvvəl pul xərcləyib.

Camaşırxanaya axırıncı dəfə 3 il əvvəl gedən Kate tualet kağızı kimi 1 dəfə istifadə edilən məhsullardan tamamilə imtina edir və maddi ziyan hesab edir. Geyimlərini əşya mübadiləsi edilən bazarlardan əldə etdiyini deyən maliyyə meneceri zibilliyə atılmış normal vəziyyətdə olan mebelləri evinə gətirir və bununla 2 min dollara qənaət etdiyini bildirir.

Dünyanın ən xəsis qadınının aylıq xərci yalnızca vergi kimi ödədiyi 200 dollardır. Kate Haşimoto bundan əlavə paltaryuyan maşından su və elektrik xərcinə görə imtina etdiyini, sonuncu dəfə 1998-ci ildə alt paltarı aldığını, geyimlərini çimərkən yuduğunu, sabun və şampun olaraq pulsuz paylanılan reklam məhsullarından istifadə etdiyini bildirir.

Qeyd edək ki, xəsis qadının bu addımı atmasına səbəb universiteti bitirəndən sonra uzun müddət işsiz qalması və ciddi qənaətə məcbur olması olub.

Gülşən

Qaynarinfo.Az